tayiporg.az

Platforma haqqında

Əsas səhifə

Türkiyə- Azərbaycan Yüzüncü İl Platforması qardaş Türkiyə Respublikası Parlamentinin çoxsaylı millət vəkilləri, müxtəlif qurum rəhbərləri, eyni zamanda ali təhsil müəssisələrində fəaliyyət göstərən nüfuzlu elm adamlarının məsləhətləri və fəxri üzvlükləri əsasında yaradılmışdır. Qısa olaraq TAYİP adlanan platformanın qarşısına qoyduğu əsas məqsədlər içərisində Ulu Öndərimiz Heydər Əliyevin anadan olması ilə qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunacaq tədbirlərin təşkili missiyası xüsusilə təqdirə layiqdir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixli sərəncamından sonra Ulu Öndərimizin anadan olmasının 100 illiyinə həsr olunmuş ilk tədbir, məhz Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının təşəbbüsü ilə İstanbul şəhərində yerləşən İstinye Universitetində reallaşdırılmışdır.

25 aprel 2023-cü il tarixində isə Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının Təşkilat Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qardaş Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmiş, tədbir gedişində “Türkiyə Yüz İli” vizyonunun təqdimatı ilə Türkiyə Respublikasında keçiriləcək prezident seçkiləri öncəsi cənab Rəcəb Tayyib Ərdoğana dəstək ifadə olunmuşdur.