Elmin Sadıqov 1992-ci il 24 mart tarixində anadan olmuşdur. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin politologiya ixtisasına qəbul olmuşdur. Bakı Dövlət Universitetində təhsil aldığı illərdə Türkiyə və Azərbaycanın ulu öndərləri – Mustafa Kamal Atatürk və Heydər Əliyevin siyasi və mənəvi irslərinin müasir gənclər arasında təbliği ilə məşğul olmuşdur. Tədbirlər Azərbaycanda Atatürk Mərkəzi, Bakı Dövlət Universiteti, Beynəlxalq Muğam Mərkəzi, Ankara Universiteti, Türkiyə Atatürk Araşdırma Mərkəzi kimi qurum və mərkəzlərdə həyata keçirilmişdir. 2015 -ci il 22 aprel tarixində isə Heydər Əliyev Mərkəzində “Azərbaycan – Türkiyə Qardaşlığı; Çanaqqala – 100” elmi konfransının keçirilməsinin təşəbbüskarı olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çanaqqala zəfəri ilə əlaqədar imzaladığı müvafiq sərəncamına dəstək nümayiş etdirmişdir. Hal-hazırda Türkiyə – Azərbaycan Yüzüncü İl Platformasının sədri olan Elmin Sadıqov, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın memarı olduğu “Türkiye Yüzyılı” tarixi vizyonuna dəstək olmaq məqsədilə platforma çərçivəsində bu istiqamətdə çoxsaylı tədbirlərin keçirilməsini planlamış və bu konteksdə strateji yol xəritəsi hazırlamışdır. 25 aprel 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ” Azərbaycan -Türkiyə: Ortaq Yüzüncü İl” adlı tədbirin layihə rəhbəri olmuş və “Türkiye Yüzyılı”- nın Azərbaycanda ilk təqdimatını vermişdir. Ümumilikdə isə, ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irslərinə həsr olunmuş 100-ə yaxın konfrans və forumların müəllifidir, eyni zamanda 2023 – cü ilin sonuna kimi bu tədbirlərin sayının 100-ə çatdırılması əsas hədəflərindəndir. İngilis, fransız, rus və türk dillərini bilir.