tayiporg.az

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qardaş Türkiyə Respublikasının 100 illiyi

Türkiyə – Azərbaycan Yüzüncü İl Platformasının Təşkilat Komitəsinin təşkilatçılığı ilə 25 aprel 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Azərbaycan və Türkiyə: Ortaq Yüzüncü İl” adlı tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qardaş Türkiyə Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş, eyni zamanda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Yüz İli” vizyonuna dəstək ifadə olunmuşdur.